II Dünya Müharibəsində batan gəminin içindən sirli avtomobil tapılıb
Havay sahillərindən 1 600 km aralıda, dənizin dibində yerləşən USS Yorktown təyyarədaşıyan gəmisində aparılan tədqiqat zamanı II Dünya Müharibəsi dövrünə aid sirli avtomobil aşkarlanıb.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, NOAA Ocean Exploration komandası tərəfindən 19 aprel tarixində həyata keçirilən dalğıc işləri zamanı, 1942-ci ildə batan gəminin anqarında heç bir sənəddə qeyd olunmayan 1940-41-ci illərə aid Ford Super Deluxe "Woody" Wagon modeli aşkar edilib.
Avtomobilin ön nömrə nişanında "GƏMİ XİDMƏTİ" sözləri qismən oxunsa da, tam məlumat almaq mümkün olmayıb. Mütəxəssislər avtomobilin gəminin komandiri və ya kontr-admiral Frank Fletcher-ə aid ola biləcəyini ehtimal edirlər.
Maraqlısı odur ki, bu dövrdə ABŞ hərbi gəmilərində şəxsi avtomobil saxlanmasına dair başqa heç bir nümunə yoxdur.
Araşdırma qrupu bu tapıntının sirrini araşdırmağa davam edir.
Oxşar xəbərlər
8 ildir sahibi tapılmayan təyyarə 10 avroya hərraca çıxarıldı
İspaniyanın Sevilya hava limanında 2018-ci ildən bəri sahibsiz vəziyyətdə qalan təyyarə cəmi 10 avro başlanğıc qiyməti ilə açıq hərraca çıxarılıb. BAKU.WS xəbər...