Husilər İran-İsrail münaqişəsinə qoşulacağı təqdirdə ABŞ gəmilərinə hücum edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər ABŞ-nin İsraili İranla münaqişədə birbaşa dəstəkləyəcəyi təqdirdə, onun Qırmızı dənizdəki gəmilərinə və donanmasına zərbələr endirmək niyyətindədirlər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Masirah" telekanalına müsahibəsində husilərin hərbi nümayəndəsi Yəhya Saria bildirib.
"Əgər ABŞ İsrailin İrana hücumuna cəlb olunarsa, onların Qırmızı dənizdəki gəmilərinə və hərbi donanmasına zərbə endirəcəyik", - o vurğulayıb.
Xatırladaq ki, İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab hücumu gecikməyib. Növbəti günlərdə İsrail və İran yenidən bir-birinə zərbələr endirib. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və xəsarət alanların olduğunu bildirib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...