Hörmüz boğazında daha bir gəmi VURULDU

Hörmüz boğazında daha bir gəmi VURULDU
Dünya 116

Omanın şimal-şərq istiqamətində hərəkət edən konteyner gəmisi naməlum istiqamətdən hücuma məruz qalıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) açıqlamasında öz əksini tapıb.

"UKMTO Omanın şimal-şərqindən 25 dəniz mili uzaqlıqda baş verən hadisə ilə bağlı bildiriş alıb. Konteyner gəmisi mənşəyi bilinməyən mərmi ilə vurulub və nəticədə gəmidəki bəzi konteynerlərə ziyan dəyib", - deyə açıqlamada qeyd olunub.

*** 16:40

Hörmüz boğazında hücuma məruz qalan gəmilərin hansı ölkəyə aid olduğu müəyyənləşib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"İki Hindistan tankeri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən Hörmüz boğazından qərbə doğru geri çəkilməyə məcbur edilib. Hadisə zamanı atışma da baş verib", - deyə qeyd edilib.

Məlumata görə, Hindistan bayrağı altında üzən tankerlərdən biri 2 milyon barel İraq nefti daşıyırdı.

Son xəbərlər