Hondurasda təyyarə qəzasında ölənlərin sayı 12-yə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Hondurasda sərnişin təyyarəsinin dənizə düşməsi nəticəsində 17 nəfərdən 12-si həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin polisi X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Roatan adası yaxınlığında baş verən aviaqəzada beş nəfər sağ qalıb.
Polis nümayəndələri bildirib ki, xilasedicilər artıq 11 cəsədi sahilə çıxarıb, yalnız bir nəfərin meyitinin sudan çıxarılması qalıb.
Qeyd edək ki, hadisə martın 18-nə keçən gecə baş verib. Yerli KİV-in məlumatına görə, Jetstream 32 tipli yüngül sərnişin təyyarəsi Roatan adasından havaya qalxdıqdan bir dəqiqə sonra dənizə düşüb. Qəzanın səbəbləri araşdırılır.
Orta Amerika ülkesi Honduras'ta Lanhsa Havayolları'na ait Jetstream 32 tipi uçak, kalkıştan hemen sonra motor arızası nedeniyle denize düştü. 17 kişinin bulunduğu uçakta 7 kişinin yaşamını yitirdiği bildirildi.#Honduras #kaza pic.twitter.com/iF9b42OIxi
— Airkule (@Airkule) March 18, 2025
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...