"Hizbullah"la toqquşmada 10 İsrail əsgəri yaralandı
14
apr
2026
16:15
Livanın cənubundakı Bint Cbeil şəhərində gecə "Hizbullah" silahlıları ilə baş verən qarşıdurmada 10 İsrail əsgəri yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "The Times Of Israel" qəzeti məlumat yayıb.
Qeyd edilib ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, həmin əsgərlərdən üçünün vəziyyəti ağır, birinin vəziyyəti orta ağır, altısı isə yüngül yaralanıb.
"Hizbullah"ın istehkamı olan Bint Cbeil son günlərdə Livanın cənubundakı İsrail Hərbi Qüvvələrinin əməliyyatlarının mərkəzi olub.
Oxşar xəbərlər
Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
Sakit okeanda, Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanla...