Hindistandakı güclü yağış və fırtına 14 CAN ALDI
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanda güclü yağış və fırtına yaşayışı iflic edib.
BAKU.WS xəbər verir ki, Qucarat əyalətində son iki gündür davam edən yağışlar nəticəsində azı 14 nəfər ölüb, 16 sakin isə müxtəlif bədən xəsarətləri alaraq yaralanıb.
Bir çox ərazilərdə ağaclar kökündən çıxıb. Bəzi kəndlərdə tarlaları su basıb.
"Reuters"in məlumatına görə, hazırda rəsmilər kəndlərdə məhsullara dəyən zərəri hesablamaqla məşğuldur.
Qucaratda hələ bir müddət belə hava şəraitinin davam edəcəyi açıqlanıb.
Hindistanın bu bölgəsinin sakinləri daha çox pambıq və düyü əkini ilə məşğul olur.
Xatırladaq ki, ötən ay ölkədəki selə görə 100 Hindistan vətəndaşı həyatını itirib.
Qalereya
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...