Hindistanda inək əti yeyən miqrantı öldürdülər
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanda inək əti yeyən miqrant döyülərək öldürüb.
BAKU.WS xəbər verir ki, hadisə ölkənin Charkhi Dadri bölgəsində yaşanıb.
26 yaşlı Sabir Malik dəmir satmaq adı ilə avtobus dayanacağına çağırılıb. Əraziyə yığışan kütlə ona hücum edib.
Polisin verdiyi məlumata görə, hücum edənlərin adları Abhişek, Mohit, Ravinder, Kamalcit və Sahil olub. Bu qrup Sabiri və Assamdan olan digər miqrantı mal əti yeməkdə ittiham edib.
Ətrafdakılar müdaxilə etməyə çalışsalar da, hücum edənlər qurbanı başqa yerə aparıblar. Orada Sabirə ölümcül işgəncələr veriblər.
Polis ikisi azyaşlı olmaqla, yeddi nəfəri həbs edib.
Hadisə Hindistanda inək kəsimi və mal əti istehlakı ilə bağlı həssaslığın necə ağır nəticələrə səbəb ola biləcəyini bir daha ortaya qoyub.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...