Hindistanda güclü duman hava nəqliyyatını iflic etdi: 128 reys ləğv olundu
Hindistanın Dehli Milli Paytaxt Bölgəsində müşahidə olunan sıx duman hava nəqliyyatında ciddi problemlərə səbəb olub.
BAKU.WS xəbər verir ki, İndira Qandi Beynəlxalq Hava Limanında azı 128 reys ləğv edilib.
Hindustan Times qəzetinin yazdığına əsasən, görmə məsafəsinin demək olar ki, sıfıra enməsi nəticəsində uçuşların bir hissəsi təxirə salınıb, 8 reys isə alternativ hava limanlarına yönləndirilib.
FlightRadar24 tətbiqinin məlumatına görə, 178 uçuşun havaya qalxışı, 69 reysin isə enişi gecikmə ilə həyata keçirilib.
Hava limanının sosial şəbəkədə yaydığı açıqlamada bildirilib ki, uçuş əməliyyatları sıx duman səbəbindən CAT III şərtləri altında icra olunur. Bu isə ləğvlərə və gecikmələrə yol aça bilər. Sərnişinlərə uçuşlarla bağlı aktual məlumatlar üçün aviaşirkətlərlə əlaqə saxlamaları tövsiyə olunub.
Qeyd olunub ki, hava şəraiti ölkə daxilində dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib, bir çox qatar reysi gecikmə ilə yola düşüb.
Oxşar xəbərlər
Zelenski ərazilərlə bağlı danışıqların detalları barədə açıqlama verdi
Ukrayna Prezidenti Volodimir Zelenski ərazilərlə bağlı aparılan danışıqların məqamlarına aydınlıq gətirib. BAKU.WS Lenta.ru-ya istinadən xəbər verir ki, Zelens...