Hindistan və Pakistan arasında daha bir gərginlik
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan və Pakistan arasındakı şərti sərhəddə yerləşən Kəşmir bölgəsində atışma səsləri eşidilib.
BAKU.WS "India Today" nəşrinə istinadən xəbər verir ki, atəşkəs Pakistan ordusu tərəfindən pozulub.
Bildirilib ki, Hindistan ordusu "sərt şəkildə cavab verib". Pakistan mediası atışma barədə məlumat verməyib. Hər iki ölkənin rəsmiləri vəziyyəti şərh etməyiblər. Kəşmirlilərin sosial şəbəkələrdə yerləşdirdiyi videolarda da partlayışlar əks olunub.
Qeyd edək ki, Kəşmir Hindistan və Pakistanın iddia etdiyi mübahisəli ərazidir. İki ölkə arasında sərhəd rəsmi razılaşmalarla müəyyən edilmir.
Gərginlik Kəşmirdə Kəşmir Müqaviməti qruplaşması tərəfindən həyata keçirilən terror aktından sonra baş verib. 26 nəfər ölüb. Hindistan Pakistanı terrorçuları dəstəkləməkdə ittiham edir. İslamabad ittihamları rədd edir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...