Hindistan Pakistanın suya çıxışını bərpa edib
Hindistan və Pakistan arasında gərginləşmiş münasibətlərdə yumşalma müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu gün Hind çayı üzərindəki bəndlərdən biri açılıb.
Qeyd edək ki, Yeni Dehli bütün şlüzləri bağlayaraq qonşu ölkənin suya çıxışını məhdudlaşdırmışdı. Bu addım iki ölkə arasında baş vermiş silahlı toqquşmadan sonra Hindistanın reaksiyası kimi qiymətləndirilmişdi.
Hindistan mediasının yazdığına görə, hazırda rəsmi Dehli Pakistanla danışıqlara hazırdır, lakin bu, siyasi yox, hərbi səviyyədə baş tuta bilər. Bununla belə, ötən gecə gərginliyin artmasından bu yana ən sakit gecə kimi qeydə alınıb.
India opened one of the gates of the Baglihar dam on the Chenab River - water began to flow towards Pakistan.🇮🇳 🇺🇲 🇵🇰 pic.twitter.com/hNyjrJGjkZ
— Mark Kennedy (@RealMarkKennedy) May 11, 2025
Oxşar xəbərlər
ABŞ İranın raket buraxılış məntəqələrinə zərbələr endirib
ABŞ ordusu İranın cənub bölgəsində yerləşən bir sıra hərbi hədəflərə hava zərbələri endirib. BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Mərkəzi...