Hindistan-Almaniya təyyarəsi bomba həyəcanına görə Türkiyədə məcburi eniş edib

Hindistan-Almaniya təyyarəsi bomba həyəcanına görə Türkiyədə məcburi eniş edib
Dünya 39

Hindistan-Almaniya reysini həyata keçirən "Vistara Hava Yolları"na məxsus sərnişin təyyarəsi bomba təhlükəsi ilə Türkiyədə Ərzurum hava limanına məcburi eniş edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarənin məcburi enişindən sonra hava limanına xilasedicilər, həkim heyəti, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Təyyarədə olan 247 sərnişin təxliyyə edilib. Kabin və yük hissəsində ətraflı axtarışa başlanılıb.

Ərzurum hava limanına giriş-çıxış bağlanıb. Əraziyə polis nəzarət etməyə başlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər