Hind okeanında yüzlərlə miqrant itkin düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Malayziya və Tailand sərhədində miqrantlarla dolu gəmi batıb, yüzlərlə insan itkin düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bir aydan çoxdur, Myanmadan böyük bir gəmi ilə yola çıxan təxminən 300 nəfər Malayziya sərhədinə yaxınlaşdıqda onları hər biri təxminən 100 nəfər tutan üç kiçik qayığa keçiriblər. Bu yolla miqrantların sahil mühafizəsi tərəfindən aşkar edilməsinin qarşısı alınmalı idi.
Malayziyanın müvafiq qurumundan bildirilib ki, həmin qayıqlardan biri noyabrın 6-da batıb. Üç gün sonra yeni zərərçəkənlər barədə məlumat yayılıb. Xilasedicilər sağ qalan on nəfəri tapıblar. Digər iki qayığın taleyi hələ də məlum deyil. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...