Həyat yoldaşına 100 dəfə zəng edən ər həbs olunub

Həyat yoldaşına 100 dəfə zəng edən ər həbs olunub
Dünya 178

Yapon kişi həyat yoldaşına gündə 100 dəfə zəng vurduğuna görə həbs edilib.

BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, qadın zənglərə cavab versə də kişi danışmaqdan imtina edərək sadəcə susubz

Belə ki, qadının telefonuna naməlum nömrədən zənglər gəlməyə başlayıb. Eyni zamanda, xəttin o biri ucundakı şəxs sadəcə susub və telefona ağır-ağır nəfəs alıb və verib. İş o yerə çatıb ki, yapon qadına gündə 100 belə zəng gəlib.

Nəticədə qadın kömək üçün polisə müraciət edib. Araşdırma zamanı telefon xuliqanının yapon qadının əri olduğu məlum olub. O, həbs edilib və qadını izləməkdə ittiham olunub. Yaponun özü bu hərəkətini həyat yoldaşına sevgisini səssiz zənglər vasitəsilə bildirmək istədiyi ilə izah edib.

"Mən həyat yoldaşımı sevirəm və heç nə demədən ona zəng etdim", - deyə kişi etiraf edib.

Son xəbərlər