Hər il ən çox turist qəbul edən Avropa şəhərləri açıqlandı

Hər il ən çox turist qəbul edən Avropa şəhərləri açıqlandı
Foto
Dünya 174

Avropa şəhərləri hər il milyonlarla turist qəbul edir. Bu faktorlar zaman-zaman bəzi səbəblərə görə dəyişsə də, (pandemiyalar, iqtisadi vəziyyət, mövsümi dəyişikliklər və s.) bəzi şəhərlər turist axını yenə də davam edir. Şəhərlər adətən milyonlarla beynəlxalq turist qəbul edir. Məsələn, Paris və London ildə 15-20 milyon turist cəlb edə bilir.

BAKU.WS xəbər verir ki, bu il də ən çox turist qəbul edən Avropa şəhərlərinin adları açıqlanıb.

Ümumilikdə aşağıdakı şəhərlər Avropada ən çox turist cəlb edən məkanlar arasında yer alır:

London, Böyük Britaniya

Burada turistlər ən çox Bukingem sarayı, London körpüsü, Biq Ben kimi tarixi yerləri və Britaniya Muzeyi, Milli Qalereya kimi muzeyləri ziyarət edirlər. Səyahətsevərləri bura gətirən ən əsas səbəb teatr və alış-veriş mərkəzləridir.

Hər il ən çox turist qəbul edən Avropa şəhərləri açıqlandı

Paris, Fransa

Hər il milyonlara turistin üz tutduğu şəhərlərdən biri də Parisdir. Burada Eyfel qülləsi, Luvr muzeyi, Notre-Dame kilsəsi turistlərin diqqətini çəkən tarixi məkanlardandır. Bu şəhər turistləri romantik atmosferə salır.

Hər il ən çox turist qəbul edən Avropa şəhərləri açıqlandı

İstanbul, Türkiyə

Həm Avropa, həm Asiya hissəsində yerləşən nadir şəhərlərdən biridir. Aya Sofiya, Sultanahmet Məscidi, Topqapı Sarayı kimi tarixi və gəzməli-görməli yerləri var.

Hər il ən çox turist qəbul edən Avropa şəhərləri açıqlandı

Roma, İtaliya

İtaliya da Avropanın ən çox turist qəbul edən şəhəridir. Burada Antik Roma tarixi (Kolosseum, Forum Romanum), Müqəddəs Pyotr Bazilikası turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasındadır.

Hər il ən çox turist qəbul edən Avropa şəhərləri açıqlandı

Barselona, İspaniya

Barselona dənizkənarı məkanları və daha çox mədəni tədbirləri ilə turistləri özünə cəlb edir. Burada Gaudi memarlığı (Sagrada Familia, Park Güell) kimi tarixi görməli yerlər bura hər il xeyli sayda turistin gəlməsinə səbəb olur.

Hər il ən çox turist qəbul edən Avropa şəhərləri açıqlandı

Praqa, Çexiya

Turristlərin daha çox Milad bayramında üz tutduğu şəhər ucuz qiymətlər və zəngin tarixi ilə maraq dairəsindədir.

Praqa orta əsr memarlığı ilə zəngindir.

Hər il ən çox turist qəbul edən Avropa şəhərləri açıqlandı

Oxşar xəbərlər

Özbəkistanda toylarda pul paylamaq və çoxlu qonaq dəvət etmək qadağan edilib

Özbəkistanda toylarda pul paylamaq və çoxlu qonaq dəvət etmək qadağan edilib

Özbəkistan hökuməti ötən il qəbul etdiyi və indi toylara dəvət olunan qonaqların sayını 200-dən çox olmamaq şərti ilə məhdudlaşdıran qərarı təsdiqləyib. BAKU.WS...

14 Dünya 23:47 22 sentyabr 2025

Son xəbərlər