HƏMAS Qəzzanın yenidən qurulması müqabilində silahı yerə qoymayacaq

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının yenidən qurulması və ya humanitar yardım müqabilində anklavdakı döyüşçülərini tərksilah etmək niyyətində deyil.
"Report" xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Sami Əbu Zuhri bildirib.
"Müqaviməti silahsızlaşdırmaq qırmızı xəttdir və bu, müzakirə olunmayacaq. Onun (silahların - red.) yenidənqurma və ya yardım təchizatı ilə dəyişdirilməsinə razı olmayacağıq", - o deyib.
Qeyd edək ki, yanvarın ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər.
Sazişin icrasının birinci mərhələsi martın 1-də başa çatıb. Razılaşmanın birinci mərhələsində bütün israilli girovlar və öldürülənlərin cəsədləri vətənlərinə qaytarılıb. Bunun müqabilində İsrail 1 500-dən çox fələstinlini həbsdən azad edib, onlardan bəziləri Fələstin ərazilərindən qovulub.
Oxşar xəbərlər
Zelenskidən barışıq bəyanatı: Trampın rəhbərliyi altında işləməyə hazırıq
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışdığını bildirib. "Report" xəbər v...
