Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
"Suriya Demokratik Qüvvələri" (SDQ) tərəfindən yanvarın 6-dan indiyədək Hələbə qarşı həyata keçirilən artilleriya hücumları nəticəsində həlak olan dinc sakinlərin sayı 23 nəfərə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi həkimlərə istinadla xəbər verib.
Qeyd olunur ki, hücumlar zamanı azı 104 nəfər xəsarət alıb. Agentliyin məlumatına əsasən, yaralıların əksəriyyəti qadınlar və uşaqlardır, onların bir çoxunun vəziyyəti kritikdir.
Daha əvvəl 9 nəfərin həlak olduğu və 55 nəfərin yaralandığı bildirilmişdi.
Xatırladaq ki, 2025-ci il martın 10-da SDQ Suriya ilə yeni hakimiyyətə tabe olan təhlükəsizlik qüvvələrinə daxil olma haqqında saziş imzalayıb. Sənəd Prezident Əhməd Əl Şaraa ilə SDQ-nin komandanı Mazlum Abdi arasında görüş zamanı imzalanıb.
Saziş həmçinin Suriyanın bütün ərazisində atəşkəsin dayandırılmasını və SDQ-nin yeni Suriya hakimiyyətini dəstəkləməsini nəzərdə tutur. Lakin SDQ saziş üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etdi, bu da Suriya ordusu ilə Hələbdə yerləşən SDQ qüvvələri arasında döyüşlərin yenidən başlamasına səbəb oldu.
Oxşar xəbərlər
Taylandda yanacaqdoldurma məntəqələrində partlayışlar baş verib
Taylandın cənub bölgəsində yaraqlılar PTT neft-qaz şirkətinə aid 11 yanacaqdoldurma məntəqəsində partlayıcı qurğular işə salıb və yanğınlar törədiblər. BAKU.WS...