Həkim Valerianın zərərlərini açıqladı
Bir çox xəstələr yaranan narahatlığı aradan qaldırmaq üçün dərmanların tövsiyə olunan dozasını iki, hətta üç qat artıraraq istifadə edir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir k, bu riskli taktika xüsusilə Valerian və Korvalol kimi sakitləşdirici dərmanların qəbulu zamanı geniş yayılıb.
Farmokoloq Aleksander Ediqer xəbərdarlıq edərək bildirib ki, belə dərmanların yarım şüşə istehlakı infarkta səbəb ola bilər.
Əsəb zamanı "40 damcı Valerian" qəbul etmək tövsiyəsi əslində rəsmi təlimatlara ziddir.
Tibbi reseptlərə görə, optimal doza yarıya qədərdir - bir stəkan suya cəmi 20-30 damcı kifayətdir.
Bənzər vəziyyət Korvalolda da müşahidə olunur.
Tövsiyələrə baxmayaraq, bəzi xəstələr güclü emosional stress anlarında dərmanın yarım şüşəsini istehlak edə bilirlər.
Mütəxəssis qəti şəkildə vurğulayır ki, tövsiyə olunan dozanı, xüsusən də bir neçə dəfə aşmaq qəbuledilməzdir.
"Düşünməyin ki, bir anda böyük bir doza içsəniz, özünüzü daha yaxşı hiss edəcəksiniz" - deyəAleksander Ediqer, vurğulayıb.
Oxşar xəbərlər
8 ildir sahibi tapılmayan təyyarə 10 avroya hərraca çıxarıldı
İspaniyanın Sevilya hava limanında 2018-ci ildən bəri sahibsiz vəziyyətdə qalan təyyarə cəmi 10 avro başlanğıc qiyməti ilə açıq hərraca çıxarılıb. BAKU.WS xəbər...