Haitidə tarixi qalada izdiham: 30 nəfər öldü

Haitidə tarixi qalada izdiham: 30 nəfər öldü
Dünya 42

Karib hövzəsində yerləşən Haitinin şimalında yerləşən Laferriere qalasındə keçirilən tədbir zamanı baş verən izdiham faciə ilə nəticələnib.

BAKU.WS xəbər verir ki, ənənəvi bayram tədbirinə çox sayda turist qatılıb. Təşkilatçıların kütlənin hərəkətini tənzimləmək üçün yalnız bir giriş-çıxış nöqtəsi müəyyən etməsi sıxlığa və nəzarətsiz vəziyyətə səbəb olub.

Nəticədə 30 nəfər həyatını itirib, çox sayda insan isə xəsarət alıb.

Qeyd edək ki, XIX əsrdə inşa edilən və UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Laferriere qalası ölkənin ən məşhur turistik məkanlarından biri hesab olunur.

Son xəbərlər