Haitidə silahlı dəstələr qəsəbədə qırğın törətdi - 70 nəfər öldü

Haitidə küçələr sözün əsl mənasında "qan gölünə" çevrilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki,
"Qran Qrif" adlı silahlı dəstə ölkənin Artibonit bölgəsindəki Pont-Sonde qəsəbəsinə basqın edib.
3 gün əvvəl qəsəbəyə girən silahlı dəstə böyük humanitar böhrana səbəb olub.
Dəstənin təşkil etdiyi hücumda 3-ü körpə, 10-u qadın olmaqla 70 nəfər həyatını itirib.
Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən açıqlamada polislə toqquşma nəticəsində ikisi dəstə üzvü olmaqla 16 nəfər ağır yaralanıb.
Xatırladaq ki, BMT keçən il paylaşdığı hesabatda Haitidəki cinayətkar qrupların 2023-cü ilin ilk yarısında 2 mindən çox insanı öldürdüyünü, 1000-dən çox adamı qaçırdığını və ictimaiyyəti qorxutmaq üçün cinsi istismardan istifadə etdiyini açıqlamışdı.
Qalereya
Oxşar xəbərlər
Tramp: Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar verə bilərik
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı vəziyyət fonunda Vaşinqton Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini ciddi şəkildə nəzərdən ke...