"Haber Global": "Kahramanmaraşda qurulan "Azərbaycan məhəlləsi"ndə işlər yekunlaşmaq üzrədir"
2023-cü il fevralın 6-da baş vermiş zəlzələdən zərərçəkmiş Kahramanmaraş bölgəsində qurulan "Azərbaycan məhəlləsi"ndə işlər yekunlaşmaq üzrədir.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" telekanalında sözügedən məhəllə haqqında göstərilən süjetdə məlumat verilib.
Bildirilib ki, məhəllədəki inşa edilən mənzillərdə işlər Türkiyə tərəfindən TOKİ, Azərbaycan tərəfdən isə MİDA qurumları vasitəsilə həyata keçirilir.
Süjetdə mənzillərdə yaradılmış şərait barədə məlumat verilib. Həmçinin məhəllə sakinlərinin istirahəti üçün park salındığı bildirilib.
Qeyd edilib ki, 320 hektar ərazidə 1 323 mənzil və 799 iş yeri var. Bundan savayı, 1 318 dükan inşa edilib, 464 ofisin inşası tamamlanmağa yaxındır.
Yaxın zamanda zəlzələdən zərər görənlərə mənzillər püşkatma vasitəsilə təqdim ediləcək
Ətraflı süjetdə:
Azerbaycan Mahallesi'nde Sona Doğru!
— Haber Global (@HaberGlobal) February 5, 2025
Kahramanmaraş'taki Konutlar Azerbaycan'ın Desteğiyle İnşa Edildi pic.twitter.com/cK0fiyGQEb
Oxşar xəbərlər
2025 F1 mövsümünün çempionu bəlli oldu – Lando Norris tarix yazdı
2025 Formula 1 mövsümünə Əbu-Dabi Qran-prisi ilə yekun vurulub. Son yarışın nəticələrinə görə, "McLaren" sürücüsü Lando Norris dünya çempionu titulunu qazanıb....