Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 98 nəfər deportasiya edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə 98 xarici vətəndaşı ölkədən çıxarıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar qurumun müvafiq bölmələri ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Kompleks tədbirlər nəticəsində Çin, Türkiyə, Türkmənistan, Hindistan, Misir, Rusiya, Pakistan, Azərbaycan, İordaniya, Almaniya, Nigeriya, İraq, Banqladeş, Özbəkistan, Vyetnam, Keniya və Konqo vətəndaşları deportasiya olunub.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişi qadağan edilib.
Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar ayında 232 xarici vətəndaş ölkədən çıxarılıb. Fevral ayı üzrə isə Miqrasiya Departamentinin həyata keçirdiyi tədbirlər nəticəsində 312 qanunsuz əcnəbi deportasiya olunub. Beləliklə, cari ilin ilk iki ayında deportasiya edilənlərin ümumi sayı 544 nəfər təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 346 faiz artım deməkdir və 2025-ci ilin analoji dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur.
Nazirlik bildirib ki, ötən il tətbiq edilən qanunvericilik dəyişiklikləri və gücləndirilmiş immiqrasiya nəzarəti tədbirləri profilaktik xarakter daşıyır. Bunun nəticəsində bir sıra qanunsuz miqrantlar ölkəni könüllü şəkildə tərk ediblər.
Məlumata görə, cari ilin yanvar-fevral aylarında ölkədə qanuni qalma şərtlərini pozan 1306 əcnəbi Gürcüstanı tərk edib. Onlar İnzibati Xətalar Məcəlləsinin 191-ci maddəsinə əsasən 1000–3000 lari məbləğində cərimələnib və əlavə olaraq bir ildən üç ilədək müddətə ölkəyə girişlərinə qadağa qoyulub.
Oxşar xəbərlər
Qlobal bazarda kömürün qiymətləri kəskin şəkildə artıb
İranda İsrail-ABŞ əməliyyatı fonunda, Fars körfəzindən neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü dayandıran termal kömür qiymətləri cəmi 24 saat ərzind...