Gürcüstanda dövlət çevrilişi hazırlanır

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib ki, ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra dövlət çevrilişi hazırlayan qrup var.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Bütün əlamətlər çevrilişə hazırlaşan bir qruplaşmanın olduğunu göstərir.
Papuaşvili qeyd edib ki, dövlət çevrilişi daha əvvəl, 2020-ci ildə keçiriləcək parlament seçkilərindən sonra planlaşdırılıb.
Onun sözlərinə görə, bu dəfə üsyançılar qeyri-hökumət təşkilatlarının monitorinqinin köməyi ilə ölkədə iğtişaşlar üçün "yalançı səbəb" yaratmaq məqsədilə saxta seçki hesabatları hazırlamaq niyyətindədirlər.
"Hazırda hakimiyyətin antidemokratik yolla ələ keçirilməsinə hazırlıq gedir və yerli monitorinq təşkilatları bu işə cəlb olunub", - deyə spiker vurğulayıb.
Oxşar xəbərlər
Fransada nə baş verir? - Şəhərlərdə kütləvi etirazlar gedir
Fransada dövlət xərclərinin azaldılması və pensiya islahatlarına etiraz əlaməti olaraq ölkə üzrə genişmiqyaslı nümayişlər davam edir. BAKU.WS xəbər verir ki, ö...
