Gürcüstan parlamentinin ilk iclası bu tarixdə keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ölkə parlamentinin ilk iclasının seçkilərin rəsmi nəticələri elan edildikdən 10 gün sonra, yəni noyabrın 25-də keçiriləcəyini açıqlayıb.
Bu barədə "aspny.ge" portalı məlumat yayıb.
Baş nazir, qanunverici orqanın legitimliyi ilə bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, heç bir ölkədə parlamentin müxalifətin legitimliyinə ehtiyacı yoxdur və əks halda, heç bir demokratik sistem fəaliyyət göstərə bilməzdi.
"Parlamentin ilk iclasına gəldikdə, bildiyiniz kimi, son tarixlər Gürcüstan Konstitusiyası ilə müəyyən edilir. Güman edirik ki, Gürcüstanın hələ də formal Prezidenti olan Salome Zurabişvili növbəti dəfə Gürcüstan Konstitusiyasını pozacaq və parlamentin ilk iclasını təyin etməyəcək. Belə olan halda, Gürcüstan parlamenti seçkilərin rəsmi nəticələrinin dərcindən 10 gün sonra, yəni noyabrın 25-də toplaşacaq. Bu, Konstitusiya ilə təsbit edilib," - deyə Kobaxidze qeyd edib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...