Güney Azərbaycandan olan körpə uzun illər sonra doğum şəhadətnaməsi alıb
Güney Azərbaycanın Culfa şəhərindən olan Huntay adlı körpəyə İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi 6 ildən sonra doğum haqqında şəhadətnamə verib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu - HRANA məlumat verib.
Məlumata görə, İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi uşağa türk adını daşıdığı üçün şəhadətnamə verməkdən imtina edirdi. Huntayın valideynləri övladlarına doğum haqqında şəhadətnamə almaq üçün mübarizə aparırdılar.
Qeyd olunur ki, Huntay 6 il ərzində şəxsiyyəti təsdiq edən sənədlərin olmaması səbəbindən tibbi, sosial və təhsil xidmətlərindən məhrum olub.
Oxşar xəbərlər
Tramp Putinə münaqişələrin həlli üzrə necə "master-klass" keçdiyini danışıb
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasından sonra Rusiya Prezidenti Vladimir Putin onunla əlaqə saxlayıb. BA...