Google Xəritələr "Meksika Körfəzi" adını "Amerika Körfəzi" olaraq dəyişdirəcək
Google ABŞ Prezidenti Donald Trampın göstərişi əsasında "Meksika Körfəzi" adını xəritələr tətbiqində "Amerika Körfəzi" olaraq dəyişdirəcəyini elan edib.
BAKU.WS xəbər verir ki, Google Xəritələrin rəsmi X hesabında Trampın Meksika Körfəzi və Denali Dağı ilə bağlı ad dəyişiklikləri barədə açıqlama verilib.
Açıqlamada "Rəsmi dövlət mənbələrində yenilənən ad dəyişikliklərini tətbiq etməkdə uzun müddətdir davam edən bir ənənəmiz var" ifadəsi işlədilərək bu göstərişə əməl ediləcəyi bildirilib. Buna əsasən, Meksika Körfəzi "Amerika Körfəzi", Alyaskadakı Denali Dağı isə "McKinley" olaraq adlandırılacaq.
Bildirilir ki, dəyişikliklər ABŞ Coğrafi Adlar Sistemi üzərində ediləcək yeniləmələrdən sonra tətbiq ediləcək. ABŞ-dəkı istifadəçilər yeni adları görəcək, digər ölkələrdəki xəritə istifadəçiləri isə hər iki adı görə biləcək.
Xatırladaq ki, Alyaskadakı Denali Dağı 2015-ci ildə keçmiş prezident Barrak Obama tərəfindən əvvəlki adı olan "Mount McKinley"-dən yerli xalqın istifadə etdiyi "Denali" olaraq dəyişdirilmişdi. Lakin Trump bu zirvəyə əvvəlki "McKinley" adını geri qaytaracağını açıqlamışdı.
Oxşar xəbərlər
Kamçatkada 6,3 maqnitudalı zəlzələ baş verib
Rusiyanın Kamçatka diyarında 6,3 maqnitudalı zəlzələ baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizi...