Gecə Moskvaya buz kristalları yağıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Moskvada buludlu hava və 20 dərəcə şaxta fonunda nadir atmosfer hadisəsi - buz iynələri və qar kristalları qeydə alınıb.
Bu təbiət hadisəsi həmçinin"almaz tozu" adı ilə də tanınır.
BAKU.WS xəbər verir ki, bu barədə meteoroloq, "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets teleqram kanalında danışıb.
Havada üzən kiçik buz kristalları şəklində düşən bərk yağıntılar gecələr ayın və ya fənərlərin işığında parıldayırlar.
Buz iynələri tez-tez fənərlərdən yuxarıya doğru səmaya uzanan gözəl parıldayan "sütunlar" əmələ gətirir.
Nadir fenomen adətən Antarktida və Arktikada müşahidə olunur, lakin havanın mənfi 10-15 dərəcədən aşağı temperaturda istənilən yerdə baş verə bilər. Qütb bölgələrində almaz tozu bir neçə gün fasiləsiz müşahidə oluna bilər.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...