"G7" ölkələri ABŞ-dan sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Yeddilik Qrupu (G7) ölkələri Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransında bildirib.
"Ötən həftə ABŞ Rusiyanın maliyyə sektoruna, o cümlədən "Qazprombank"a qarşı sanksiyalar tətbiq edib. Düşünürəm ki, biz G7 ölkələrindən də əlavə addımlar gözləyə bilərik", - deyə o qeyd edib.
Onun sözlərinə görə, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin köçürülməsi üçün hazırlığı yekunlaşdırır.
Oxşar xəbərlər
Günəşdə "ürək döyüntüsü" aşkarlandı - Bu, Yerə təsir göstərə bilər
Alimlər Günəşin daxilində baş verən və "ürək döyüntüsü"nə bənzədilən dəyişikliklər aşkar ediblər. Tədqiqatçılar bildirirlər ki, bu proseslər Günəşin maqnit akti...