Futbolçu nişanlısını qəbul etməyən anasını sildi
Bir müddət əvvəl nişanlanan türkiyəli futbolçu Enis Destan anası Gül Destanı sosial şəbəkə hesablarından silib.
BAKU.WS xəbər verir ki, "Trabzonspor"un formasını geyinən idmançı bunu anasının nişanlısı Arzum Kuruçalını qəbul etmədiyi üçün edib.
Anası Arzumun Enisdən 10 yaş böyük olduğunu əsas gətirərək onunla nişanlanmasına razılıq vermədiyini bildirib və bunu açıq şəkildə sosial şəbəkə hesabında paylaşmışdı.
"Oğlumun seçdiyi gəlinin paltarına baxın. Mən bunu heç bir şəkildə bəyənə bilmirəm. Nə görünüş, nə həyat tərzi, nə də yaş baxımından..." - deyə, Gül Destan qeyd etmişdi.
Xatırladaq ki, Enis Destan 23, nişanlısı Arzum Kuruçalı isə 33 yaşındadır.
Oxşar xəbərlər
Avropanın üç lideri Trampla Ukrayna münaqişəsini müzakirə edib
Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla telefon danışığı a...