FTB-dən naməlum uçan obyektlərlə bağlı XƏBƏRDARLIQ - Atəş açmayın!
ABŞ-nin Federal Təhqiqatlar Bürosu amerikalılardan havadakı obyektləri atəşə tutmamağı və lazer şüası işıqlandırmamağı xahiş edib, çünki onlar insan ola bilər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, son vaxtlar ABŞ-də yerli sakinlərin naməlum uçan obyektləri görməsi halları xeyli artıb.
Bu səbəbdən də sakinlərin PUA ilə səhv saldıqları, lakin insan tərəfindən idarə olunan təyyarə ola biləcək obyektlərə qarşı odlu silahdan istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar üzə çıxıb.
"İnsanlı təyyarə səhvən PUA kimi atəşə tutularsa, təhlükəli və ölümcül nəticələr ola bilər", - deyə FTB xəbərdarlıq edib.
Bir gün əvvəl "War Zone" portalı Amerikanın Ohayo ştatının hava məkanında, logistika komandanlığının və Hərbi Hava Qüvvələrinin tədqiqat laboratoriyasının yerləşdiyi hərbi bazanın yaxınlığında naməlum pilotsuz təyyarələrin göründüyünü bildirmişdi.
Noyabrın sonunda ABŞ Hərbi Hava Qüvvələrinin Böyük Britaniyadakı dörd bazası üzərində naməlum dronların göründüyü üzə çıxmışdı.
Oxşar xəbərlər
Fransada növbədənkənar prezident seçkiləri keçirilə bilər
Sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen bəyan edib ki, Fransada vaxtından əvvəl prezident seçkiləri keçirilə bilər. BAKU...