FT: ABŞ Hörmüz boğazında dörd ay gizli minatəmizləmə əməliyyatı aparıb
ABŞ Hərbi Dəniz Qüvvələri son dörd ay ərzində Hörmüz boğazında gecə saatlarında gizli minatəmizləmə əməliyyatları həyata keçirib.
BAKU.WS "Financial Times" qəzetinə istinadən xəbər verir ki, Vaşinqtonla Tehran arasında bölgədə qarşılıqlı zərbələr davam etdiyi bir vaxtda ABŞ hərbçiləri boğazda ayrıca xüsusi əməliyyat da keçiriblər.
Məlumata əsasən, minatəmizləmə fəaliyyətinə ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi hazırlıqlı dalğıcları, robotlaşdırılmış katerlər və sualtı qurğular cəlb olunub. Əməliyyatların əsasən gecələr həyata keçirildiyi bildirilib.
ABŞ hərbçiləri ehtimal olunan minaların aşkarlanması üçün yedəyə alınan hidroakustik sensor sistemləri ilə təchiz edilmiş robot katerlərdən və xüsusi sualtı aparatlarından istifadə ediblər. Aşkarlanan təhlükəli obyektlərin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi prosesində dalğıclar da iştirak edib.
"Financial Times" qeyd edib ki, bu əməliyyatlar zamanı ABŞ hərbçiləri arasında minatəmizləmə ilə əlaqəli ölüm və ya itki faktı qeydə alınmayıb.
Oxşar xəbərlər
Pakistan ordusu sərhəddə 20-dən çox terrorçunu zərərsizləşdirib
Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə yerləşən Xeybər-Paxtunxva vilayətində keçirilən əməliyyatlar zamanı 20-dən çox silahlını zərərsizləşdir...