Fransada paralimpiadadan sonra iki idmançı itkin düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada keçirilmiş Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra Konqo Respublikasından olan iki idmançı itkin düşüb.
BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.
Atlet Qreys Muambako, nizə atıcısı Mirey Nqanqa, bələdçi komandanın olduğu yerə qayıtmayıblar. Atletləri son olaraq paralimpiya kəndində görüblər. Sentyabrın 5-dən sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb.
Prokurorluq idmançıların itkin düşməsi ilə bağlı araşdırma aparır. Onların qəsdən qaçdıqları ehtimal edilir.
Qeyd edək ki, Fransada keçirilən paralimpiada sentyabrın 8-də başa çatıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...