Fransa Livana humanitar yardımı 3 dəfə artırdı - 60 min ton humanitar yardım göndəriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Livana 60 min ton humanitar yardım göndərəcək.
BAKU.WS "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro bildirib.
O "TF1" radiosuna müsahibəsində yardımın həcminin üç dəfə artırıldığını vurğulayıb:
"Qərara gəldik ki, bu həftə gələcək yardımın həcmini üç dəfə artıraq. Livanlılar üçün gigyenik vasitələr, döşəklər, lampalar və həmçinin səyyar tibb məntəqəsi daxil olmaqla 60 min ton humanitar yardım göndəriləcək".
Bu açıqlama İsrail ilə Livanın Hizbullah terror qruplaşması arasında yenidən başlayan döyüşlər fonunda baş verib.
Hizbullah ötən həftə himayədarı İranı dəstəkləmək üçün İsrailə raket atmağa başlayıb. İsrail o vaxtdan bəri Hizbullah hədəflərinə zərbələr endirib və ölkənin böyük ərazilərini boşaltmağa çağırıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...