Fransa Baş naziri sentyabrın 8-də hökumətə etimad məsələsini səsverməyə qoyacaq

Fransanın Baş naziri Fransua Bayru hökumətə etimad məsələsini sentyabrın 8-də Milli Assambleyada (respublika parlamentinin aşağı palatası) səsverməyə çıxaracaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəhbəri Parisdə keçirilən mətbuat konfransında bildirib.
"Mən respublika prezidentindən parlamentin növbədənkənar iclasını çağırmağı xahiş etdim, bu iclasda hökumət etimad məsələsini qaldıracaq", - Bayru deyib.
Onun sözlərinə görə, çoxluq olmasa, hökumət buraxılacaq.
O, qərarını iqtisadi böhran, ilk növbədə də dövlət borcunun davamlı artımı ilə əsaslandırıb. Baş nazirin sözlərinə görə, Fransanın dövlət borcu hər saat 12 milyon avro artır, artıq 3,4 trilyon avroya çatıb. Bayru həmçinin vurğulayıb ki, təkcə borcun ödənilməsinə ilin sonuna qədər 66 milyard avro xərclənəcək.
Daha əvvəl Baş nazir büdcəyə daxil edilməli olan bir sıra tədbirlər təqdim edib ki, onların köməyi ilə hökumət 2026-cı ildə 43,8 milyard avroya qənaət etməyi nəzərdə tutur.
Bayru hökuməti 2024-cü ilin dekabrında formalaşıb.
Oxşar xəbərlər
Pezeşkian Azərbaycanla dostluq və qardaşlığı tənqid edənlərə cavab verib
İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla dostluq və qardaşlığı tənqid edənlərə cavab verib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. "Biz bütü...
