Fişəng mağazasında PARTLAYIŞDA 12 nəfər həlak oldu
Çinin Hubei əyalətində fişəng satılan mağazada baş verən partlayış nəticəsində 12 nəfər ölüb.
BAKU.WS xəbər verir ki, hadisə əyalətin Xiangyang şəhərinin Zhengji qəsəbəsində qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayış təxminən 50 kvadratmetrlik ərazini əhatə edib.
Xiangyang Bələdiyyəsinin keçirdiyi mətbuat konfransında bildirilib ki, partlayış fevralın 18-də saat 14:24-də baş verib. Ölənlərdən biri mağaza sahibi, 11 nəfər isə müştəri olub.
Hazırda partlayışın səbəbləri araşdırılır. Rəsmilər həyatını itirənlərin ailələrinə dəstək və yardım göstərilməsi üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıblar.
Oxşar xəbərlər
Kim Çen In "Dünyanın ən güclü silahı" adlandırdığı yeni raket sistemini təqdim etdi
Şimali Koreya lideri Kim Jong-un "dünyanın ən güclü silahı" adlandırdığı yeni raket sistemini ictimaiyyətə təqdim edib. BAKU.WS xəbər verir ki, Koreya mediasını...