Finlandiya Rusiya ilə sərhəddə təlimlər keçirəcək
Yanvarın 12-dən etibarən Finlandiyanın "Utti" (xüsusi təyinatlı) alayına məxsus helikopterlər ölkənin cənubunda, Rusiya sərhədinə yaxın ərazilərdə hərbi təlimlərə başlayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Finlandiya Quru Qoşunları məlumat yayıb.
Məlumata görə, "NH90" və "MD500" tipli helikopterlərin uçuşları Kumenlakso bölgəsində həyata keçiriləcək. Təlimlər çərçivəsində mürəkkəb relyefdə enişlər və aşağı hündürlükdə uçuşlar məşq ediləcək.
Qeyd edək ki, bundan əvvəl Finlandiyanın Müdafiə Nazirliyi cari il ərzində ölkə Silahlı Qüvvələrinin 122 beynəlxalq və milli təlimdə iştirak edəcəyini açıqlamışdı.
Oxşar xəbərlər
ABŞ-nin İrana hücumlarının ilk 6 günündə xərclər 11,3 milyard dolları keçib
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ilk altı günündə xərclər 11,3 milyard dollardan çox olub. BAKU.WS xəbər verir ki, bu barədə "The New Y...