Film kimi OLAY - Ərinin böyrəyini satdıran qadın pulu götürüb sevgilisi ilə qaçıb

Hindistanın Qərbi Benqal əyalətində yaşayan qadın ərini aldadaraq böyrəyini satdırıb, puli oğurlayıb və onu sevgilisi üçün tərk edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Qadın ərindən qızlarının gələcəyi naminə böyrəyini satmasını istəyib. O, kişiyə qızın təhsili və toyunu təşkil etmək üçün pullarının olmadığını izah edib. Nəhayət, ər inanıb və alıcı axtarmağa başlayıb. Bir il sonra o, böyrəyini bir milyon rupiyə (Təqribi 19600 manat) satmağı bacarıb.
Lakin məlum olub ki, qadın ərini aldadıb. O, internetdə tanış olduğu şəxslə qaçıb. Xəyanətə uğrayan ər polisə müraciət edib.
Oxşar xəbərlər
İran ABŞ ilə müzakirələrin bərpası üçün şərtlərini açıqlayıb
İran ABŞ ilə müzakirələrin bərpa olunması üçün şərtlərini açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini...