Fidan Rubio ilə Ukraynanı müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Marko Rubio ilə telefon danışığında Suriya, Qəzza zolağı və Ukraynadakı vəziyyət daxil olmaqla regional məsələləri müzakirə edib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
"Xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Danışıq zamanı ikitərəfli məsələlər, eləcə də Suriya, Qəzza və Ukrayna daxil olmaqla regional məsələlər müzakirə edilib", – telekanal diqqətə çatdırıb.
Türkiyənin XİN başçısı Suriyanın "sabitliyi və rifahı baxımından" bu ölkəyə qarşı sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığında ABŞ vətəndaşı Edan Aleksandrın HƏMAS tərəfindən azad edilməsinin vacibliyi qeyd edilib.
Bundan başqa, tərəflər planlaşdırılan Rusiya – Ukrayna danışıqları barədə fikir mübadiləsi aparıblar.
"14-15 May tarixlərində Antalyada keçiriləcək NATO Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində dövlət katibi Rubionun Türkiyəyə edəcəyi səfərin təfərrüatları müzakirə edilib", – telekanal bildirib.
Oxşar xəbərlər
ICAO: MH17 reysinin qəzasına görə Rusiya məsuliyyət daşıyır
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysi qəzasına görə məsuliyyət daşıdığını elan edib....
