Fəxrəddin Altun: Azərbaycan-Türkiyə qardaşlığının təməli bu gün daha da möhkəmlənir

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edib.
BAKU.WS xəbər verir ki, o bu barədə "X" sosial media hesabında paylaşım edib.
"28 May Türkiyə ilə Azərbaycan arasında ortaq taleyi, ortaq istiqaməti, sarsılmaz qardaşlığı xatırladığımız qiymətli bir gündür. İki dost ölkə arasında qardaşlığın təməli öz yolunda davam edir, bu gün daha da möhkəmlənir.
Türkiyə Qarabağda olduğu kimi, "bir millət, iki dövlət" anlayışı ilə hər zaman qardaş Azərbaycanın yanındadır. Bu hisslərlə Can Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm", - postda qeyd olunub.
28 Mayıs, Türkiye ile Azerbaycan arasında ortak kaderi, ortak istikameti ve sarsılmaz kardeşliği yeniden hatırladığımız kıymetli bir gündür.
— Fahrettin Altun (@fahrettinaltun) May 28, 2025
İki dost ülke arasındaki kardeşlik temeli, bugün daha da güçlenerek yoluna devam ediyor.
Türkiye, tıpkı Karabağ’da olduğu gibi, “bir… pic.twitter.com/HW9Y8Pn3Tr
Oxşar xəbərlər
HƏMAS: Qəzzada aclıq səbəbindən 154 fələstinli həyatını itirib
Fələstinin Qəzza zolağında humanitar böhran dərinləşməkdə davam edir. HƏMAS hərəkatının yaydığı son məlumata görə, bölgədə aclıq səbəbindən ən azı 154 fələstinl...