Fətullah Gülənin ən son GÖRÜNTÜLƏRİ
Türkiyənin Anadolu Agentliyi (AA) TETÖ Terror Təşkilatının lideri Fətullah Güləni 1999-cu ildən bəri yaşadığı Pensilvaniya ştatındakı yeni evindən çıxarkən lentə alıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, AA qrupları Gülənin FETÖ-nün qərargahı kimi tanınan Saylosburq qəsəbəsindəki Şabalıd Retreat Mərkəzindən təxminən 12 dəqiqəlik uzaqlıqda yerləşən böyük bir evdə qaldığını müəyyən edib. Rəsmi məlumata görə, 2008-ci ildə təxminən 12 sot torpaq üzərində tikilmiş evin 400 kvadratmetrə yaxın daxili sahəsi var. Dəyəri təxminən 887 min dollardan 1 milyon dollara qədər olan, tənha meşədə yerləşən ev ətrafına və girişinə yerləşdirilən təhlükəsizlik kameraları ilə möhkəm mühafizə olunur.
Ev 2023-cü ildə təşkilatın liderlərindən biri olan Cevdet Türkyolu və Gülənin şəxsi baxımından məsul olduqları bildirilən "Meserret MMC" şirkəti tərəfindən alınıb. Bu şirkətin onların övladlarına məxsus olduğu iddia edilir.
AA-nın pilotsuz təyyarə ilə havadan fotoşəkilini çəkdiyi evin bağçasında 4 lüks nəqliyyat vasitəsi ilə yanaşı, qar arabası və karavan kimi nəqliyyat vasitələri də görünüb.
AA komandası çəklişlərini davam etdirərkən dəmir darvazadan iki zirehli maşın çıxıb. Arxada qara rəngli "Mercedes"in ön sərnişin oturacağında əyləşən Gülən qısa da olsa kameralara tuş gəlib.
AA qrupunun bölgədə çəkiliş apardığı zaman Gülənin qaldığı evdə olan şəxslər polisə müraciət edib.
AA qrupunun nümayəndələri ilə görüşdən sonra polis Gülənin şəxsi mülkünə girməmələrini deyib. Polis onu da deyib ki, nəqliyyatın hərəkətdə olduğu yol kənarında diqqətli olsunlar.
Oxşar xəbərlər
Məşhur sənətçi ölümündən sonra ailəsinə milyon dollarlıq borc qoyub
Rusiyalı bəstəkar və müğənni Vyaçeslav Dobrıninin qohumları mirasa girmək üçün onun ölümündən sonra qalan milyon dollarlıq borcunu ödəməli olacaqlar. BAKU.WS xə...