Fətullah Güləni basdırmaq üçün fermasında böyük çuxur qazdılar

Fətullah Güləni basdırmaq üçün fermasında böyük çuxur qazdılar
Dünya 53

FETÖ lideri Fətullah Gülənin dəfn edilməsi üçün hazırlıqlar davam edir.

BAKU.WS Trt haber-ə istinadən xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında təşkilatın qərargahı kimi istifadə edilən fermanın bağçasında iri çuxur qazılıb və ətrafına sarı zolaq çəkilib.

Təşkilat üzvləri kürək vasitəsilə fermanın bağçasında çuxur qazır. Çuxurun qazıldığı əraziyə kran və nərdivan gətirilib. Təşkilat üzvləri qəbri qazarkən mətbuat mənsublarının havadan fotoşəkil çəkməsinin qarşısını almaq üçün əraziyə qara brezent örtüblər.

Çuxurun qazıldığı ərazinin yanında taxta platformanın tikildiyi də müşahidə olunub. Brezent altında qazıntı aparılarkən 10-dan çox təşkilat üzvü işləri izləyib.

Günün əvvəlində təşkilat üzvlərinin cəsədin basdırılacağı ehtimal edilən əraziyə başqa bir mavi brezent çəkib. Bu brezentdən cənazə basdırılarkən şəkillərin çəkilməməsi üçün istifadə ediləcəyi təxmin edilir.

Təşkilatın bəzi üzvləri sosial şəbəkələrdə Gülənin Pensilvaniyadakı qərargah binasında məhdud sayda təşkilat üzvlərinin iştirakı ilə dəfn ediləcəyini yazıb.

Son xəbərlər