Türkiyə kəşfiyyatı Fətullah Gülənin ölümünü təsdiqləyib
Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu hadisə Türkiyəni arxayınlaşdırmayacaq: "FETÖ gənclərimizi öz sıralarına çəkib. Onları bu yoldan çəkinməyə çağırırıq".
***09.32
FETÖ lideri Fətullah Gülənin ölüm xəbəri yayılıb.
BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Gülənin qardaşı oğlu Ebuseleme Gülən yayıb.
Ebuseleme Gülen X sosial media platformasında verdiyi açıqlamada "Fətullah Gülən ruhunun üfiqlərinə doğru getdi", sözlərini yazıb.
Oxşar xəbərlər
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib
Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində 4 561 nəfər həlak olub, 16 740 nəfər yaralanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, yenilənmiş məl...