Fermer 150 tondan çox qızıl tapdı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın Auvern bölgəsində yaşayan fermer Mişel Dyupon nadir tapıntı ilə gündəmə gəlib.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, o, özünə məxsus torpaq sahəsində apardığı işlər zamanı 150 tondan çox qızıl aşkarlayıb. Tapılan qızılın iqtisadi dəyərinin təxminən 4 milyard avro (təxminən 174,8 milyard manat) olduğu bildirilir.
Fransa mediasının məlumatına görə, Dyupon əkin sahəsində diqqətini çəkən bir ərazidə qazıntı apararkən bir neçə qızıl parçası aşkarlayıb. Əraziyə gələn geoloqların apardığı araşdırmalardan sonra torpaq sahəsində 150 tondan çox qızılın mövcud olduğu təsdiqlənib.
Bu yatağın son illərdə Fransada aşkarlanan ən böyük qızıl ehtiyatı olduğu qeyd olunur. Rəsmi qurumlar bölgədə təbiətin qorunması məqsədilə əlavə araşdırmalar aparılmasını tələb edərək hələlik Dyuponun ərazisində qızıl hasilatına icazə verməyib. Qeyd edək ki, Fransada qızıl yataqlarının işlənməsi hökumətin səlahiyyətinə daxildir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...