"Fars": ABŞ qüvvələrinin İordaniyaya köçürülməsinin qarşısı alınıb
05
sen
2026
21:51
İran ordusunun ABŞ-nin İordaniyadakı "Titin" düşərgəsinə hücumunun təfərrüatı açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, məqsəd ABŞ qüvvələrinin bu bazaya köçürülməsinin qarşısını almaq olub.
"Onlar düşünürdülər ki, İran bu yerdəyişmədən xəbərdar deyil, lakin hərbçilərin köçürülməsinin qarşısını aldıq", - mənbələrə istinadən yayılan məlumatda bildirilib.
Qeyd edək ki, "Titin" düşərgəsi İordaniyanın cənubunda, strateji əhəmiyyətli Əqəbə və İsrailin Eylat limanları yaxınlığında yerləşən, ABŞ Silahlı Qüvvələrinə məxsus hərbi bazadır.
Oxşar xəbərlər
Rusiya-Ukrayna münaqişəsi başa çatmağa doğru gedir - Tramp
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə yaxınlaşdıqlarını bildirib. BAKU.WS xəbər verir ki, Tramp bu barədə Ayova ştatında s...