Evləndikləri malikanəni bölə bilmirlər - 2025-ci ildə məhkəmə olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Hollivudun məşhurları Ancelina Coli ilə Bred Pitt yenidən üz-üzə gəliblər.
BAKU.WS xəbər verir ki, keçmiş cütlük arasında bu dəfə Miraval malikanəsinə görə gərginlik yaşanıb.
Ancelina bu səbəbdən 2025-ci ildə Bredlə məhkəmədə qarşı-qarşıya gələcək.
Colinin vəkilləri keçmişdə Pittin aktrisaya aid hissəni pulla satın almaq istədiyini bildirib. Lakin tərəflər arasında razılıq olmayıb.
Pittin vəkilləri isə Colinin villanı bütünlüklə satmağa çalışdığı üçün aralarında gərginlik yarandığını iddia edib.
Xatırladaq ki, Ancelina ilə Bred 2014-cü ildə Cənubi Fransadakı bu malikanədə evləniblər.
Qalereya
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...