Ev dustaqlığına buraxılan Serdar Ortaçdan daha bir addım: 3 milyonluq...
Qanunsuz mərc oyunlarına görə saxlanılaraq hakim qarşısına çıxarılan Serdar Ortaçdan xəbər var.
BAKU.WS xəbər verir ki, ev dustaqlığı ilə cəzalandırılan ifaçı bu dəfə aktiv istifadə etdiyi instaqram hesabını bağlayıb.
Bu barədə NTV məlumat yayıb.
Onu sözügedən sosial şəbəkədə 3 milyon 400 min adam izləyirdi.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Serdar Ortaç və məşhur şoumen Mehmet Ali Erbil sosial şəbəkədə qanunsuz mərc oyunlarına təşviq etmək maddəsi ilə saxlanılıblar.
Serdar Ortaç ictimaiyyətə pis örmək olub, belə bir xəbərlə gündəmə gəldiyi üçün peşmanlığını ifadə edib.
Oxşar xəbərlər
2025 F1 mövsümünün çempionu bəlli oldu – Lando Norris tarix yazdı
2025 Formula 1 mövsümünə Əbu-Dabi Qran-prisi ilə yekun vurulub. Son yarışın nəticələrinə görə, "McLaren" sürücüsü Lando Norris dünya çempionu titulunu qazanıb....