Ev dustaqlığı çəkən Sərdar Ortacdan paylaşım
Qanunsuz mərc oyunlarına qarşı keçirilmiş əməliyyat zamanı saxlanılaraq ev dustaqlığına məhkum edilən məşhur türkiyəli müğənni Sərdar Ortaç cəzasını çəkir.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, planlaşdırılan 18 konserti ləğv edilən müğənni yenidən sosial mediaya maraq sarıb.
Belə ki, baş verənlərdən sonra sosial media hesablarını bağlayan Serdar Ortaç qısa müddətdə geri qayıdıb.
Nostalji paylaşımlar etməyə başlayan müğənni ilk avtomobilinin fotosunu yayıb. Avtomobilinin qarşısında poza verən sənətçi "İlk maşınım, 1989-cu il Çekmece" sözlərini yazıb. Ortaçın paylaşımına şərhlər və bəyənmələr yağıb.
Oxşar xəbərlər
Bəzi ölkələrdə canlı oxumayan müğənnilər cərimələnir
Beynəlxalq musiqi səhnəsində getdikcə aktuallaşan canlı oxumaq əvəzinə fonoqramdan istifadə bəzi ölkələrdə qanunla qadağan edilib. Bu qaydaya əməl etməyən müğən...