Ermənistanın dövlət borcu 2024-cü ilin birinci yarısında 12,1 milyard dollara çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ilin birinci yarısının nəticələrinə görə, Ermənistanın dövlət borcu 12 milyard 157 milyon dollara çatıb.
BAKU.WS Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Vahe Hovhannisyan 2024-cü ilin birinci yarısı üzrə dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, söhbət 4 trilyondan 718 milyard dramdan gedir. "Bizim göstəricilərimiz idarəolunan səviyyədədir. Maraqlıdır ki, orta ödəniş müddəti ilin əvvəli ilə müqayisədə bir qədər azalaraq 7,1 ilə çatıb", - Hovhannisyan bildirib.
Eyni zamanda, Vahe Hovhannisyan qeyd edib ki, növbəti illərdə borclara xidmətlə bağlı yük daha da artacaq. O cümlədən, gələn ilin əvvəlində 300 milyon dollardan artıq avrobondlar üzrə ödənişlər nəzərdə tutulub.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...