Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb

Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb
Dünya 260

Ermənistanda keçirilən parlament seçkilərində səsvermə prosesi başa çatıb.

BAKU.WS xəbər verir ki, saat 17:00-a olan göstəricilərə əsasən, seçicilərin 48,9 faizi səsvermədə iştirak edib. Ümumilikdə 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957 nəfərin səs verdiyi bildirilib.

Bu göstərici əvvəlki parlament seçkiləri ilə müqayisədə təxminən 11 faiz daha yüksək seçici fəallığı deməkdir.

Seçkilərdə 18 siyasi qüvvə – 2 blok və 16 partiya mübarizə aparır. Qanunvericiliyə əsasən, parlamentə düşmək üçün partiyalar üçün 4 faiz, bloklar üçün isə tərkibdən asılı olaraq 8–10 faiz baryer müəyyən edilib. Seçici fəallığı üçün isə minimum hədd nəzərdə tutulmayıb.

****

Ermənistanda parlament seçkiləri ilə bağlı səsvermə bu gün yerli vaxtla saat 08:00-da başlayıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə 2 milyon 485 min 851 vətəndaş seçki hüququna malikdir.

BAKU.WS xəbər verir ki, seçicilərin səs verməsi üçün respublika ərazisində ümumilikdə 2 005 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesi saat 20:00-da yekunlaşacaq.

Parlament seçkilərində 18 siyasi qüvvə – 16 partiya və 2 seçki bloku mübarizə aparır. Qanunvericiliyə əsasən, parlamentdə təmsil olunmaq üçün partiyalar minimum 4 faiz, iki partiyadan ibarət bloklar 8 faiz, daha geniş tərkibli bloklar isə 10 faiz səs toplamalıdır. Seçici fəallığı ilə bağlı hər hansı minimum iştirak həddi müəyyən edilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər