Erməni konyakı artıq konyak adlandırılmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni konyakı tezliklə yeni brend - erməni brendi ilə satılmağa başlayacaq.
BAKU.WS "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Artıq ölkə spirtli içkinin markasının dəyişdirilməsi ilə bağlı Avropa İttifaqının müvafiq qurumlarını məlumatlandırıb. Bundan başqa, tərəflər erməni brendinin təbliği proqramını təsdiqləyiblər. Kampaniya noyabrın ikinci yarısında başlanmalıdır.
Xatırladaq ki, Konyak adlı spirtli içki öz adını Fransanın Konyak şəhərinin şərəfinə almışdır. Avropa standartlarına görə, istehsal Fransadan kənarda baş verirsə, o zaman içkini konyak adlandırmaq olmaz.
Oxşar xəbərlər
ABŞ İrana qarşı mövqeyini yumşalda bilər - Tramp üç variantı nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar üçün üç mümkün ssenarini nəzərdən keçirir. Bu variantlardan biri Vaşinqtonun Tehranla razılaşma əldə e...