Ərinin xəyanətindən xəbər tutan qadın onun külünü yedi - DƏHŞƏT
Kanadadan olan dul qadın mərhum ərinin xəyanətindən xəbər tutanda onun meyidinin külünü yeyib.
BAKU.WS The New York Post-a istinadən xəbər verir ki, yazıçı Cessika Ueytin əri Şon 2015-ci ildə ABŞ-ın Texas ştatında işgüzar səfərdə olarkən vəfat edib.
Faciəli xəbəri öyrəndikdən sonra Ueyt "iPad" vasitəsilə Hyustondakı xəstəxana ilə əlaqə saxlamaq və cəsədin Kanadaya daşınmasını təşkil etməyə çalışıb. Ancaq axtarış çubuğuna "Hyuston" yazmağa başlayanda qadın təsadüfən ərinin köhnə axtarış sorğularını öyrənib. Uayt bilib ki, Şon müntəzəm olaraq fahişələrlə vaxt keçirib və buna külli miqdarda pul xərcləyib. Bundan əlavə, əri onu bir neçə məşuqə ilə aldadıb.
Ərinin yalanları Ueyte o qədər təsir etmişdi ki, onu idarəolunmaz qəzəb bürüyüb. Əri ilə danışa bilmədiyi üçün onun külünün olduğu çantanı açıb bağçaya tüküb.
Daha sonra it nəcisi ilə qarışdırmağa başlayıb. Nə etdiyini başa düşən Ueyt ümidsizlik, günah və utanc hiss edib. Sonra bir neçə ovuc toz götürərək onu yeyib.
Zaman keçdikcə qadın özünə gəlib.
Oxşar xəbərlər
Əməliyyat masasında ölən sosial media fenomeninin həyat yoldaşı danışdı
Türkiyədə plastik əməliyyat zamanı vəfat edən sosial media fenomeni Neşe Özkanın həyat yoldaşı İskender Özkan danışıb. BAKU.WS xəbər verir ki, o həyat yoldaşın...